Bu yay ölkəmizi Konfrans Liqasında təmsil edəcək 3 komandadan biri olan “Qəbələ”nin hazırlıq planı müəyyənləşib.
Bu haqda bilgini “qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacıdan aldıq. Anar bəy Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektivin təlim-məşq toplanışının ilk mərhələsi üçün iyunun 15-də Qəbələdə bir araya gələcəyini bildirdi. İkinci mərhələ üçün isə bölgə təmsilçisi Türkiyəyə yollanacaq. Boluda baş tutacaq hazırlıq prosesi iyulun 3-dən 13-dək davam edəcək.
Klub rəsmisi hələ ki yeni transferlərin olmadığını, ancaq bu yöndə çalışmaların davam etdiyini də vurğuladı.
RƏŞAD