"Qəbələ"nin rəqibi 2 futbolçusunu icarəyə verdi

27.06.2022 22:05 380
Dünya futbolu
Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" iki futbolçusunu icarəyə göndərib.

"Football -plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mario Zeke və Sabo Levente "Keşkemet"də oynayacaq.

"Qəbələ"nin "Fehervar"la ilk görüşü iyulun 21-də Macarıstanda keçiriləcək. Bir həftə sonra isə Qəbələdə cavab qarşılaşması baş tutacaq.