"Qəbələ"nin "Fehervar"la cavab matçının da saatı bilindi

23.06.2022 18:05 571
Konfrans Liqası
"Qəbələ”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”a qarşı keçirəcəyi cavab oyununun da vaxtı açıqlanıb.

"Football-plus.az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 20.00-da start götürəcək.

Komandalar arasında iyulun 21-də Macarıstandakı "Mol Arena"da oynanılacaq görüşün isə isə Bakı vaxtı ilə saat 21:00-da başlayacağı daha əvvəl açıqlanmışdı.