"Komandada ab-hava yüksək səviyyədədi" - Elmar Baxşıyev

21.07.2022 00:15 400
Konfrans Liqası
“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədi. Ən önəmlisi odu ki, heyətimizdə zədəli futbolçu yoxdu".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sabah "Fehervar"la (Macarıstan) səfərdə keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. O, komandasının oyuna tam hazır olduğunu bildirib:

"Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidi. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdı və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.


Qeyd edək ki, sabah "Mol Arena"da oynanılacaq "Fehervar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra Qəbələdə olacaq.