• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Niyə azərbaycanlı yox, Barış Şimşək? - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

20-07-2022, 14:0

İyulun 15-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

İclasda bir çox məsələlər müzakirə olundu, yeni qərarlar qəbul edildi, təyinatlar açıqlandı. Hakimlər Komitəsinin yeni sədrinin adına da aydınlıq gəldi. Türkiyəli Barış Şimşək 2 il quruma rəhbərlik edəcək.

Bununla bağlı hakimlərimizin fikrini öyrəndik. Görəsən, Azərbaycanda bu postu tutacaq biri yoxdu? AFFA-nın Frits Stuxliki azərbaycanlı mütəxəssislə əvəzləməsinin səbəbi nədi?

Rüstəm Rəhimov:

"Barış Şimşəklə yaxından tanış deyiləm. Amma haqqında yetərincə məlumatlıyam. O, Türkiyənin top-hakimlərindən deyil. Amma VAR sistemi üzrə mütəxəssisdi. Bizim hakimlərə də VAR üzrə seminarlar keçib. Düşünürəm ki, Hakimlər Komitəsinə yerli arbitrlərimizdən də təyin etmək olardı. Amma AFFA türkiyəli mütəxəssisi irəli çəkibsə, deməli, bildiyi nəsə var. Qərara hörmət etməliyik. Barış Şimşəyin köməkçilərinin azərbaycanlı referilərdən təyin olunmasını vacib sayıram. Belə olsa, hakimlər arasında daha yaxşı koordinasiya olacaq".


Elçin Məmmədov:

"1992-ci ildən Hakimlər Komitəsinə yerli-əcnəbi bir çox şəxs təyin olunub, yola salınıb. Hər gələn də öz tələblərini, şərtlərini irəli sürüb. Barış Şimşək mövcud olan sistem, şərait üzərindən təcrübəsini ortaya qoyacaqsa, uğur əldə edəcəyik. Yox, öz şərtlərini irəli sürüb hər şeyin yenidən qurulmasını istəyəcəksə, vəziyyət çətin olacaq. Çoxları deyir ki, Barış Şimşək sırf VAR mütəxəssisi olduğu üçün irəli çəkilib. Mən bu yanaşmaya inanmıram. Çünki VAR seminarlarında, kurslarında yaxından iştirak edərək yeni sistemi mənimsəyən referilərimiz az deyil. Yəni sırf VAR-a görə yerli hakimlərimizi də təyin etmək olardı. Ümumilikdə türkiyəli mütəxəssisin Hakimlər Komitəsinə sədr təyin edilməsini normal qarşılayıram. Amma öz arbitrlərimizə şans verilsə, daha yaxşı olardı. İnanaq ki, Barış Şimşəyin vəzifəyə gətirilməsiylə Azərbaycan hakimliyi və futbolu inkişaf edəcək".


Tahir Süleymanov:

“Hakimlər Komitəsi sədrliyinə namizədlər, Barış Şimşəkin təyinatından sonra müzakirələr, təcrübəli referilərin, jurnalistlərin məsələyə münasibəti günlərdi davam edir. AFFA rəhbərliyi də türk mütəxəssisə üstünlüyün verilməsində əsas amil kimi VAR sisteminin çempionatda tətbiqini, təkmilləşdirilməsini önə çəkir. Barış Şimşək qardaş ölkə nümayəndəsi olsa da, əcnəbi sayılır. Futbola daha əhatəli yanaşılmalıdı və ümumi sistemin tərkibində bütün sahələr bir-birini tamamlamalı, yekun olaraq birləşdirici vahid mexanizm kimi çalışmalıdı. Bunun üçün inkişafı təmin edəcək işlək futbol strategiyasının olması mütləqdi. Tək hakimlik sahəsi yox, 15 ildə Azərbaycan futboluna gətirilən lippertlər, klublara əcnəbi direktorların mərkəzləşdirilmiş təyinatları, Berlindən tutmuş top-klubların Bakıda açılan və bağlanan "məktəbləri", yığmalarda çalışmış əcnəbi məşqçilər, mənasız “milliləşdirmələr”... Milyonlarla vəsait havaya sovrulub. AFFA-da əcnəbi sevgisi heç bir irəliləyişin əldə olunmasına gətirib çıxarmayıb. Dirçəliş istənilirsə, hakimlik sektoru ilə yanaşı, kompleks araşdırmalar, emosiyalara varmadan dərin təhlillər aparılmalı, futbol fiaskosunun dəqiq səbəbləri müəyyənləşdirilməlidi. Bunlar böyük ölçüdə illərdi sözünü deyən ekspertlər, media, jurnalistlər, azarkeşlər tərəfindən deyilir, qaldırılır. Amma AFFA səhv yoldan əl çəkmir, 200 min futbolçu kağız üzərində qalır, 8-10 komanda üçün keyfiyyətli yerli futbolçu, oyunları idarə edəcək bacarıqlı hakimlər çatışmır. 9-10 yaş qrupunda yarışlar keçirilir və işlər düzgün görülsəydi, bu həcmdə əhatə ilə 40-50 peşəkar klubu istedadlı, bacarıqlı futbolçularla təmin etmək olardı. Tək futbolçular yox, bu yarışlarda hakimlər də yetişməlidi. Qeyd etdiyim kimi, futbola bir sahə üzrə yox, kompleks yanaşma olmalıdı. Ən önəmlisi, əcnəbi sevgisi fonunda ölkə futbolunda nə uğurlar qazanılıbsa, böyük təzyiqlərin olmasına baxmayaraq, yerli mütəxəssislərin, məşqçilərin əməyi sayəsində baş verib. Təsəvvür edin, təzyiq yox, futbol adına layiqli mütəxəssislərimizə dəstək verilsəydi, şərait yaradılsaydı, hansı uğurlar əldə olunardı?! Eyni mənzərə hakimlik sektoruna da aiddi. 4 il Stuxliklə itirildi, daha 2 mövsüm də gözləniləcək. Burda Hakimlər Komitəsinə namizəd olan təcrübəli hakimlərin passivliyi də rol oynayır. Verdiyiniz sual bir daha onu göstərir ki, media, jurnalistlər, geniş futbol ictimaiyyəti yerli mütəxəssislərə obyektiv dəstəyini əsirgəmir. Məşqçilik sahəsində müəyyən formalaşma, əcnəbi sevdasından məcburi geriçəkilmə müşahidə olunursa, hakimlikdə bu baş vermir. Təcrübəli hakimlərimiz sözünü deyir, fikirlərini açıq ifadə edir. Hətta bugünlərdə rusiyalı ahıl hakimlərdən birinin dahilərimiz Tofiq Bəhramovla Eldar Əzimzadə haqda cəfəngiyyatına müəllimlərimiz Rüstəm Rəhimovla Orucəli Durmuşov dərhal reaksiya göstərdi, kəskin cavab verdi. Rüstəm müəllim rusiyalı həmkarlarına zəng edərək etirazını bildirdi, haqsızlığın qarşısı alındı. Azərbaycan hakimlik məktəbi dünyada elə bir çəkiyə malikdi ki, 40-50 ildən sonra belə istəməyənlər tərəfindən qısqanclıqla qarşılanır. Hakimlik məktəbimizin tarixi ənənələrini, dünya çapında layiqli yerinin olduğunu nəzərə alaraq, Hakimlər Komitəsinə iddialı referilərimiz daha inamlı, fəal olmalı, birlik nümayiş etdirməli, qarşılıqlı hörmət, bir-birini qəbuletmə dərəcəsi yüksəlməlidi. Hakimlik mövzusu təkcə epizodların müzakirəsi, qalmaqallar fonunda gündəmə gəlməməlidi, yaradıcılıq, hakimliyin inkişaf proqramı geniş müzakirə olunmalı, komitəyə namizəd həmkarlarımız tərəfindən ictimai müzakirəyə çıxarılmalı, öz mövqelərini göstərməlidilər. Biz obyektiv dəstək veririksə, təcrübəli referilərimiz bundan yararlanmalı, daha fəal olmalıdılar. AFFA nə qədər istəməsə də, illərdi yanlış yol tutulsa da, gec-tez ictimai fikrə önəm verilir və məcburiyyətdən olsa da, müəyyən addımlar atılır. Mübarizə aparmadan, mövqe bildirilmədən, yaxşı mənada döyüşmədən nəticə qazanmaq mümkün deyil. Azərbaycan futbolu böyük dəyişikliklər astanasındadı. Dəyişikliklər yerdəyişmə xarakterli olmamalı, gec də olsa, nəhayət, futbolun inkişafı düşünülməlidi. Bunun üçün vəzifə savaşları yox, futbola, xalqa qulluq prioritet təşkil etməlidi. Belə olarsa, hər bir bacarıqlı mütəxəssis layiqli yerini tutar”.


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-07-2022, 21:0

“Düşünürəm ki, Hakimlər Komitəsinə yerli arbitrlərimizdən də təyin etmək olardı”

Ölkə futbolu

16-07-2022, 20:0

AFFA-nın seçimi niyə Barış Şimşək olub? - AÇIQLAMA

Ölkə futbolu

17-07-2022, 21:0

"Çoxları deyir ki, Barış Şimşək sırf VAR mütəxəssisi olduğu üçün irəli çəkilib"

Aktual / Manşet

15-07-2022, 13:0

AFFA Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Aktual / Manşet

16-07-2022, 12:0

Barış Şimşək kimdi? - DOSYE

Ölkə futbolu / Manşet

15-07-2022, 15:0

AFFA qərar verdi: Region Liqasından daha bir klub divizionda iştirak edəcək

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə