AFFA qərar verdi: Region Liqasından daha bir klub divizionda iştirak edəcək

15.07.2022 15:51 2 841
Ölkə futbolu / Manşet
İyulun 15-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Football-plus.az xəbər verir ki, saat 17.00-da başlayan tədbirdə aşağıdakı qərarlar qəbul olunub:

1. Türkiyəli mütəxəssis Barış Şimşək 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun.

2. Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.

3. “Sabah”ın əvəzedici komandasının 2022/23 mövsümündə birinci divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.

4. Region Liqası komandalarının birinci divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin.

Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/23 mövsümündə birinci divizionda iştirakı təmin olunsun.