"Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol

24.07.2026 11:54 25
Avrokuboklar
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, “Zirə” "Payde"yə uduzub. Rəşad Sadıqovun komandasının potensial rəqibləri də növbəti matçlarına çıxıblar.

“Zirə” Estoniya təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə “Santa Koloma” (Andorra) - “Rapid” (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyunda “Rapid” "Santa Koloma"ya 3:1 hesabı ilə qalib gəlib.