ÇSKA-nın futbolçusu Stefano Sensi Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyun barədə açıqlama verib.
“Football-plus.az”ın məlumatına görə, yarımmüdafiəçi “Qarabağ”ın gücündən danışıb:
“Komanda olaraq yaxşı performans sərgilədik. Çox gözəl oynadıq. “Qarabağ həddən artıq güclü rəqibdi. Asan oyun olmadı. Qısa müddətdə toparlanmalıyıq. Çünki cavab oyununda əvvəl Bolqarıstan çempionatında meydana çıxacağıq. Mümkün olan ən yaxşı şəkildə hazırlaşmalıyıq. Özümüzə güvənməliyik. Komandamız çox keyfiyyətli futbolçulardan qurulub. Məncə, bərabərliyi haqq etdik. Futbolda top hamı üçün eynidi. Ən önəmlidi odu ki, intizam və davranışlarımıza diqqət yetirdik. Azarkeşlər arxamızdadı. Həqiqi mübarizəyə hazır olmalıyıq”.
Xatırladaq ki, komandalar arasında cavab oyunu iyulun 30-da keçiriləcək.
KƏNAN BAHADIR