"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk "Dinamo"su ilə keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Tim Marşalla yan xətdə Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.
"Dinamo" - "Neftçi" matçı iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. Komandalar arasında Bakıda keçirilən ilk görüş Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.