"İmişli"nin sabiq futbolçusu "Xankəndi"də

24.07.2026 16:24 18
Ölkə futbolu
“Xankəndi” heyətini yeni hücumçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi Xəzər Mahmudovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Xəzər Mahmudovun son klubu “İmişli” olub.