"Football-plus.az" saytı olaraq İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun bu seçimlə bağlı fikrini öyrəndik:
"Barış Şimşək bizə yad referi deyil. Bizim hakimlərə 1 ildən çox VAR-la bağlı kurs keçib. Yalnız Türkiyə superliqasında hakimlik etməyib, həm də qardaş ölkədə VAR-ın tətbiqi ilə bağlı komissiyanın üzvü olub. VAR sahəsində yetərincə təcrübəsi var. Barış Şimşəklə Hakimlər Komitəsinin daha da inkişaf edəcəyini inanırıq. Onu gəlmə, yad yox, doğma mütəxəssisimiz hesab edirik".
ABDULLA İSMAYILOĞLU




