Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi

24.07.2026 10:31 12
Dünya futbolu
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geydiyi "Malişeva" evdə "Hibernian"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqədə - hesab 1:0 olarkən əvəzlənib.

Komandalar arasında cavab matçı iyulun 30-da Şotlandiyada keçiriləcək.