Leroy Mikelsin yeni klubu açıqlandı

24.07.2026 14:24 24
Ölkə futbolu
"Zirə"dən ayrılan Leroy Mikelsin yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirəcək.

Ruanda millisininin üzvü 3-cü liqada yarışan “Valdhof Manhaym”la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mikels "Zirə"dən əvvəl "Şamaxı"da da çıxış edib.