“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?

24.07.2026 16:55 53
Avrokuboklar / Aktual
Dünən Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşan ÇSKA-nın müdafiəçisi Teodor İvanov matçdan sonra “Football-plus.az”a açıqlama verib:

“Komanda şəklində yaxşı iş gördük, xarakter göstərdik. “Qarabağ” çox güclü komandadı, yaxşı futbolçuları var. Növbəti matç daha önəmlidi”.

- Bu nəticə səni qane edir?
- Xeyr. Komandamız qələbə arzulayırdı. Qol vurmaq üçün əlimizdən gələni etdik, lakin alınmadı.

- Növbəti mərhələyə adlayacağınıza inanırsan?
- Bəli. ÇSKA çox yaxşı komandadı. Rəqib də yaxşıdı. Bunu daha çox istəyən və meydanda daha yaxşı mübarizə aparan tərəf istəyinə çatacaq.

- Cavab oyununa hazırlıq barədə nə deyə bilərsən?
- İki gündən sonra ölkə çempionatında oyunumuz var. Yaxşı bərpa prosesi keçəcəyik, taktiki hazırlıq üzərində işləyəcəyik və daha sonra cavab matçına köklənəcəyik.

- Bakını bəyəndin?
- Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var.

İSRAYIL XEYRULLAYEV