Dünya şahmat ailəsi önəmli dəyişiklik ərəfəsindədi. Belə ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rusiyalı prezidenti Arkadi Dvorkoviç bu gün qurumun rəhbəri postuna növbəti seçkidə namizədliyini irəli sürməyəcəyini bildirib: “FIDE prezidentinin seçkisində iştirak etməyəcəm. Bu addım təşkilat üçün risklər yarada bilər”.
“Football-plus.az” xəbər verir ki, Avropa İttifaqı iyulun 23-də Rusiya əleyhinə olan sanksiyaların 21-ci paketinə Dvorkoviçin də adını salıb. Bundan sonra o, məhdudiyyətlərin qüvvədə olduğu müddətdə prezident səlahiyyətlərinin icrasını könüllü dayandırıb. FIDE prezidenti vəzifəsinə seçki bu ilin sentyabrında keçiriləcək. Dvorkoviç 2018-ci ildən bəri quruma rəhbərlik edir.
Dvorkoviçin yoxluğunda, təbii ki, başqalarının quruma rəhbərlik etmək perspektivi yaranır. Prezident postuna mümkün namizədlərdən biri də Azərbaycan Şahmat Federasiyanın prezidenti Mahir Məmmədovdu. O, FIDE-nin 7 vitse-prezidentindən biridi. Düzdü, 1-ci vitse-prezident Vişvanatan Anand da var.
ORXAN