Son məlumatlara inansaq, menecer Rami Abbas komissiya haqqının aşağı olmasına razılıq verib. Bu arada ''Beşiktaş''ın sabiq portuqaliyalı forvardı Uqo Almeyda da bu məsələyə münasibət bildirib. 2011-14-cü illərdə ''ağ-qaralar''ın heyətində 110 oyuna çıxaraq 45 qol vuran, ötən il Türkiyədə hətta ''Hatayspor''un baş məşqçisi kimi də çalışan 42 yaşlı Almeyda bunları deyib:
''Transferin tezliklə bitəcəyinə və məsələnin rəsmiləşəcəyinə ümid edirəm. Bu, şübhəsiz, Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq. Salah böyük oyunçudu və böyük kluba transfer olunacaq. ''Beşiktaş''da parlayacaq. Buna qətiyyən şübhəm yoxdu. ''Beşiktaş'' həm oyunçuları çox gözəl şəkildə qarşılayan, həm də onlara mükəmməl şəkildə qucaq açan çox özəl bir klubdu. Salahın İngiltərədə nələr etdiyini bilirik. Məncə, premyer-liqadan gələn bir futbolçu istənilən çempionata uyğunlaşa bilər''.





