• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ölümdən dönən Eriksen yeni müqavilə ərəfəsində

Dünya futbolu / Yazarlar

8-07-2022, 18:0

Təxminən bir il əvvəl Kristian Eriksen ölümlə həyat arasında qalmışdı.

Onda bütün futbol dünyası elə yaşıl meydanda ilk tibbi yardımı alan danimarkalı üçün dua edirdi. Kopenhagen stadionunda yaşananları izləyən hər kəs üçün həmin anlarda futbolçunun karyerasını davam etdirməsiylə bağlı fikirlər ən son sırada idi. Hər kəs ona ayağa qalxmağı arzulayırdı. Nəticədə Eriksen əməliyyatdan və ürəyinə kardiostimulyator qoyulandan (yeri gəlmişlən, İtaliyada bu qurğu ilə oynamaq qadağandı) sonra döndü. Kristian az qala faciə ilə üzləşəcəyi gündən 259 gün sonra belə istedad üçün təvazökar səviyyə sayıla biləsi “Brentford”un heyətində göründü. Əvvəlcə komandası üçün ümidsiz sayılan “Nyukasl”la oyunda sonradan meydana çıxdı. Həmin gün nəticə yox, futbolçunun yaşıl meydana dönüş faktı maraqlı idi. Uzun aradan sonra ilk dəfə yığmanın formasını geyməsi daha cəlbedici və unudulmaz oldu. “Ayaks”da çıxış etdiyi dövrdən ona yaxşı tanış olan Amsterdam stadionunda oyuna qoşulandan cəmi bir dəqiqə sonra yeni futbol həyatında ilk qolunu vurdu.

Ancaq təkcə yaşıl meydana dönmək Eriksen üçün azdı. Uzaqbaşı “İnter” təcrübəsi onun üçün uğursuz olub. Qalan bütün yerlərdə isə o, həmişə ulduz və lider rolunu oynayıb. “Ayaks”da, “Tottenhem”də, yığmada... Çətin anda futbolçuya yardım əlini uzadan “Brentford” isə hər cür hörməti haqq etməsinə rəğmən, bu səviyyədə oyunçu üçün hədsiz təvazökar görünür. Eriksenin hələ də yaxşı formada olduğuna isə “arılar”ın istənilən oyununa baxan adamlardan hər biri əmin ola bilərdi. “Brentford”un “Stemford Bric”də “Çelsi”ni darmadağın etdiyi (4:1) və danimarkalı sehrbazın fəraqləndiyi oyun bu mənada xüsusi yerdə dayanır. Və artıq həmin vaxt Eriksenin yeni mövsümə daha səviyyəli klubda başlayacağı ilə bağlı söz-söhbət gəzməyə başladır. Eyni zamanda bir neçə variantın olduğunu Kristian mayın ortalarında açıqladı və onu da etiraf etdi ki, Çempionlar Liqasında oynamağı arzulayır. Düzdü, komanda seçimində bu məqam prinsipial əhəmiyyət daşımayacaqdı. Həmin vaxt 30 yaşlı futbolçuya iddialılar sırasında artıq doğmalaşan “Brentford”la yanaşı, “Tottenhem”lə “Mançester Yunayted”in də adı çəkilirdi. “Qırmızı şeytanlar”ın danimarkalıya marağı hələ erkən yazdan bəlli idi. Onda hələ klub yeni baş məşqçi axtarırdı və tranfer kampaniyasının hansı mütəxəssisin tələblərinə uyğun formalaşacağı bəlli deyildi. Son nəticədə Erik ten Haq amili həlledici rol oynadı. Bir qədər də dəqiqləşdirsək, futbolçunun baş məşqçi ilə söhbəti. Məhz həmin söhbətdən sonra Eriksen “Yunayted”ə keçidlə bağlı şifahi razılıq verdi. Belə çıxır ki, Ten Haq artıq ikinci futbolçunu şəxsən dilə tutub. Əlbəttə, Frenki de Yonq “Barselona”ya sevgisi üzündən Kataloniya klubunda maaşının kəskin şəkildə azaldılmasına razılıq verməsə. Hələ Ten Haqın Amsterdamdan yanına aparmaq istədiyi Argentina yığmasının müdafiəçisi Lisandro Martineslə braziliyalı Antoni də var. Hələ ki bu sövdələşmələr “Ayaks”ın iki futbolçuya görə 150 milyon avro qazanmaq tələbinin kölgəsində qalır.

Söhbət ondan gedir ki, Eriksen Çempionlar Liqasına qayıtmağa borclu olan “Mançester Yunayted”ə nə dərəcədə faydalı olacaq? Bəzilərində bu yöndə müəyyən şübhələr olsa da, Mançesterin qırmızı hissəsindən olan azarkeşlərin şərhlərinə baxsaq, heyranlıq nidalarına bürünən nikbin fikirlər üstünlük təşkil edir. Hər halda, danimarkalının futbol vitrinindən çəkilən yaşı deyil. Tibb tarixçəsi nəzərə alınsa da belə, gücünün çiçəklənən vaxtını yaşayır. Bütün debütantlar üçün ənənəvi olan söhbətləşmədən sonra üçillik müqaviləyə imza atacağı haqda deyilənlər də bundan irəli gəlir. Bundan başqa, hamıdan və hər şeydən narazı olan Kriştiano Ronaldodan fərqli Kristianonun “Old Trafford”da oynamaq üçün motivasiyası var. Bu planda o və yenilənən MY bir-birinə lazımdı. Və bütün debütantlar müqaviləyə imza atsa, Ten Haq Donni van de Bek, Frenki de Yonq, Bruno Fernandeş və Eriksen arasında seçim etməli olsa, yaxşı mənada başı ağrıyacaq. Heç şübhəsiz, seçim zamanı danimarkalı ön planda olacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-03-2022, 15:0

Danimarkalı futbolçu üçün əlamətdar hadisə - VİDEO

Dünya futbolu

16-03-2022, 19:0

Eriksenə ehtiyac duydular

Aktual
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Son xəbərlər
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə