Usman Dembele “Barselona” ilə müqavilə müddətini uzatmağa yaxındı.
“As”ın əməkdaşı Xavi Migelin yaydığı xəbərə görə, vinger fikrini dəyişib və klubun dekabrdan bəri yaxın buraxmadığı təklifini qəbul etməyə artıq isti yanaşır.
Baş məşqçi Xaviyə zəng edən Usman ondan klub prezidenti Xuan Laporta ilə məsələni razılaşdırmasını istəyib. Xavi isə ona bildirib ki, “Barselona”dan yeni təklif gözləməyə dəyməz. Bu üzdən futbolçu qalmaq istəyirsə, dekabrdan bəri havadan asılı qalan təklifi qəbul etməlidi.
Dembele La Liqanın ötən mövsümündə keçirdiyi 21 oyunda 1 qol vurub, 13 məhsuldar ötürmə verib.