Usman Dembelenin “Çelsi”yə keçidi alınmayıb.
İngiltərə klubunun təklifi fransalı futbolçunu qane etməyib. Londonlular ona “Barselona” ilə müqayisədə bir qədər çox maaş ödəməyə hazır olsalar da, Usmanı razı sala bilməyiblər.
Yeri gəlmişkən, “Barselona”nın baş məşqçisi Xavi Ernandes onu komandada saxlamaqda qərarlıdı. “Ekip” qəzetinin məlumatına görə, o, artıq 25 yaşlı yarımmüdafiəçiyə zəng vurub. Xavi Dembeleni “Barselona”da qalmaq üçün inandırmağa çalışıb. Qeyd edək ki, İspaniya klubu futbolçuya ilə 18 milyon avro təklif edir. Deyilənə görə, tərəflər arasında danışıqlar bir neçə ay əvvəl olduğu kimi gərgin keçmir. Klubla futbolçunun mövqeləri artıq bir-birinə uyğundu. Dembelenin “Barselona” ilə hazırkı müqaviləsinin müddəti iyunun sonuna qədərdi. O, bu müddət sona çatandan sonra azad agent olacaq.