Rahim Sterlinq dünən “Mançester Siti”dən getdiyini elan etdi.
Football-plus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkədəki səhifəsində klubun əməkdaşları və azarkeşləri ilə belə vidalaşdı:
“Yeddi mövsüm. 11 nəhəng qənimət. Ömürlük xatirə. Bütün bu illər ərzində inkişafımda vacib rol oynayan məşqçi korpusu. Mənim üçün meydanda adi komanda yoldaşlarından daha böyük olan oyundaşlarım. Bütün əməkdaşlar, ofisdə çalışanlar, komandanı yorulmadan dəstəkləyən fanatlar. “Mançester Siti”yə bağlılığı olan hər kəs. Sizə hörmətimi tam ifadə edə bilmirəm. Necə bir yol keçmişik... Bütün eniş-yoxuşlara görə minnətdaram. Üzləşdiyim enişlər gücüm və xarakterim üçün sınaq oldu. Bunlar mənə sizin önünüzdə ən yaxşı versiyamı göstərməyə imkan verdi. Mançesterə 20 yaşımda gəldim, indi isə kişi kimi gedirəm. Bitmək bilməyən dəstəyə görə sağ olun. “Mançester Siti”nin futbolkasını daşımaq mənim üçün böyük şərəf idi”.
Xatırladaq ki, Sterlinq karyerasını “Çelsi”də davam etdirəcək. Londonlilar ona görə 47,5 milyon funt ödəyəcək, daha 2,5 milyon isə bonus kimi nəzərdə tutulub.