Sterlinq premyer-liqada 3-cü yerə yüksələcək

10.07.2022 20:00 528
Dünya futbolu
“Çelsi” ilə “Mançester Siti” arasında aparılan danşıqlar sona çatıb.
Paytaxt klubu Rahim Sterlinqi tezliklə sıralarına qatacaq. Onun transferi londonlulara 47,5 milyon funt sterlinqə başa gələcək. Bu keçid müəyyən şərtlər daxilində MS-ni daha 2,5 milyon funt sterlinq irəli sala bilər.
Sterlinq London klubu ilə “5+1 il” sxemi üzrə müqavilə bağlayacaq. O, yeni iş yerində hamıdan çox - həftəyə azı 300 min funt sterlinq maaş alacaq. Rahim bu göstəriciyə əsasən premyer-liqada 3-cü ən yüksək ödənişli futbolçu olacaq.