De Brüyne "Mançester Siti"dəki gələcəyindən danışdı

24.05.2022 09:58 456
Dünya futbolu
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, Mançester təmsilçisində qalacağını deyib:

“Yeddi ildir ki, buradayam, hamını sevirəm, bu mənim komandamdır. Başqa planım yoxdur, burada oynamağa davam edəcəyəm. “Mançester Siti” mənim komandamdır”.

Qeyd edək ki, 30 yaşlı belçikalı oyunçu 2015-ci ildən "Mançester Siti"də çıxış edir.