• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Azarkeşlər niyə Qattuzonu bəyənmir? - TƏHLİL

Dünya futbolu / Yazarlar

8-07-2022, 18:0

Cəmi bir ay əvvəl – iyunun 9-da “Valensiya”nın “sükanı arxasına” keçən 44 yaşlı Cennaro Qattuzonun halına qibtə etməyə dəyməz.

İş ondadı ki...

Təyinatının detalları

Məşqçi Qattuzonu yaxşı tanımayanlar üçün qısa bilgi. 2013-də futbolçu karyerasına son qoyan qəhrəmanımız sonrakı bir neçə ildə kiçik komandaları – “Syon”, “Palermo”, OFİ və “Piza”nı çalışdırıb. Ardından iki il “Milan”da olub. Çiçəklənmə dövrü “Napoli”yə təsadüf edib – Rino İtaliya kubokunu (məşqçi karyerasında ilk qənimətdi) qazanıb, komandası çox baxımlı oyun göstərib. 2021-in mayında “Fiorentina”dakı çox qısa (cəmi 23 gün – bu haqda aşağıda danışacağıq) ardından bir il işsiz qalıb. Ötən ilin noyabrında “Spartak” variantı olsa da, ruslar başqa italiyalını seçdi.

Qattuzo ilə “Valensiya” arasında təmas apreldə başlayıb. İspaniya kubokunun finalına (“yarasalar” “Betis”ə uduzdu) bir neçə gün qalmış onunla “Valensiya”nın sahibi Piter Lim Sinqapurda görüşüb. Danışıqları Jorje Mendeş – Rinonun agenti və kluba yaxın olan şəxs təşkil edib. Görüşə taktika lövhəsi ilə yollanan mütəxəssis Piterə komandanın gələcəyini necə gördüyünü əyani şəkildə göstərib, “Valensiya”nın patronu isə deyilənləri diqqətlə qeyd dəftərçəsinə yazıb. Qattuzonun ilk mətbuat konfransında dediklərindən: “Layihəm bir saatdan sonra prezidentin xoşuna gəldi, iki saatdan sonra isə o layihəni sevdi. Limin təkliflərimə diqqətlə qulaq asmasını bəyəndim. Futbolu anlayan və əməkdaşlığımızın yol xəritəsini cızmağa hazır olan prezident tapmışam”.

Limin vətəni Sinqapurda daha iki gün keçirən kişilər layihəni detallarına qədər müzakirə edib. Qattuzo heç bir ad çəkməsə də, hansı mövqeyə oyunçuların komandaya lazım olduğunu anladıb. Baş məşqçi Limi valeh edib, özü isə həm də İspaniyaya sevgisi üzündən təklifə razılıq verib – onun Marbelyada evi də var: “Marbelya rahatlıq tapdığım yeganə yerdi, mən ispanları sevirəm”.

Fanatları qəzəbləndirən nədi?

Hələ iyunun 3-də, yəni Pepe Bordalas “Valensiya”nın baş məşqçisi postundan qovulan gün nüfuzlu insayder Nikola Skira Qattuzonun təyinatını anons etdi. Və dərhal da problemlər başladı. “Valensiya” fanatları Qattuzonun əvvəllər söylədiyi fikirlərə görə çox qəzəblidi.

• 2013-də “Milan”ın sahibi Silvio Berluskoni əbədi baş direktor Adriano Qallianinin səlahiyyətlərini azaltdı və öz qızı Barbaranı, demək olar ki, eyni vəzifəyə təyin etdi. Qattuzo buna çox kəskin reaksiya verdi: “Hesab edirəm ki, Qalliani “Milan” üçün etdiklərinə görə böyük hörmətə layiqdi. Bunu demək istəməzdim, ancaq həqiqətən belə hesab edirəm ki, futbolda qadınlara yer yoxdu”.

• Elə həmin 2013-də “Milan”ın xavbeki Kevin-Prins Boatenq fanatların irqi təhqirlərinə görə meydanı tərk etdi. Cennaro bu olaya da uğursiz reaksiya verdi: “Ağ oyunçuları neçə dəfə fitə basıblar? Ancaq heç kim meydanı tərk etmir. Məni də fitləyiblər, heç vecimə də deyil”.

• Qattuzonun ailə institutu haqda fikirlərinə də baxaq: “İndi hətta 2008-disə və hər kəs bildiyini edirsə də, kişi ilə qadın arasında kilsədə nigah bağlanmalıdı. Uşaqlıqdan ailə institutuna inanıram və mənim kimilər üçün fərqli nifah anlaşılmazdı”.

Görünür, İtaliyada belə sitatlar heç kimi qorxutmur – Cennaro problemsiz “Napoli” və “Fiorentina”da iş tapdı. Ancaq Avropanın başqa yerlərində belə ifadələri yaxın buraxmırlar. 2021-in yayında “Tottenhem” Mourinyoya əvəzedici axtaranda Qattuzo əsas namizədlərdən sayılırdı. Ancaq “mahmızlar”ın azarkeşləri dərhal #NoToGattuso həştəqi açmaqla ortaya mövqe qoydu. “Valensiya” fanatları da eyni həştəqə əl atıb. Etirazlar Limə təsir göstərməsə də, Qattuzoya toxunub. Təyinatının açıqlandığı gündən əvvəl “Corriero della Sera”ya verdiyi müsahibədən: “Həyatım hər şeyi danışır. İrqçiyəm? Homofobam? Seksistəm? Dəli olmuşuq? Sakitləşmək lazımdı. Barbaranın təyinatı zamanı qadınlar haqda dediyim ifadə Qallianinin müdafiəsi üçün nəzərdə tutulmuşdu. İrqçi? Onda niyə Bakayoko “Napoli”yə keçdi? Heç vaxt qaradərili oyunçularla problemim olmayıb. Medianın artıq 12 aydı yaratdığı obrazdan çox fərqliyəm. Sadəcə, sevdiyim işlə məşğul olmaq istəyirəm və ümid edirəm ki, məni yalnız işimə görə qiymətləndirəcəklər”.

“Fiorentina”dan niyə gedib?

Qattuzo “Valensiya” ilə 2024-ə qədər müqavilə bağlayıb, onun qarşısına komandanı ÇL-ə çıxarmaq vəzifəsi qoyulub. Heç də asan vəzifə deyil, axı italiyalı ciddi problemlərlə üzləşəcək. Əsasən də transfer baxımından. “Yarasalar” bu yay ən azı iki liderini – Karlos Solerlə Xose Qayyanı itirəcək. Qonsalo Gedeşin də gedişi mümkündü.

Son mövsümlərin Qattuzosu üçün transferlər çox vacib nüansdı. 2021-in mayına dönək. “Napoli”dəki uğurlu dönəmdən sonra Qattuzo “Fiorentina”nın “sükanı arxasına” keçdi. Dərhal komandanın güclənməsini istəyən və dostu Jorje Mendeşin müştərilərinə üz tutan mütəxəssis klubun sahibi Rokko Kommisso və meneceri Cankarlo Antonioninin imtinası ilə üzləşdi. Belədə erkən istefa (təyinatdan cəmi 23 gün sonra!) qaçılmaz oldu. Qattuzonun təxminən eyni xarakterə malik Piter Lim ilə necə yola gedəcəyini təsəvvür etmək çətindi. Lim faktiki yeni transferlərə pul ayırmır. İki il ərzində yalnız Markos Andre “Valyadolid”dən 8,5 milyon avroya alınıb, qalan futbolçular isə icarəyə götürülüb.

Xoş xəbər odu ki, deyəsən, Qattuzo da ulduz istəmir. O, “Marca”ya müsahibəsində “Valensiya”nın potensial debütantları üçün meyarları açıqlayıb: “Mən uğursuzluğa düçar olan oyunçularla işləmək istəyərdim. Demək olar ki, bəxtsizləri axtarırıq. Piterlə ortaq fikrimiz belədi ki, bizə qələbə acı olan, içində yanğı gəzdirən futbolçular lazımdı. Elə futbolçular ki, “Valensiya”da oynamağ “Real”da və “Barselona”da oynamaq kimi qəbul etsinlər”.

Belə oyunçuların axtarışına görə yeni idman direktoru cavabdehlik daşıyacaq. İspaniyanın “Superdeporte” qəzeti “Valensiya”nın Leonardonu dəvət etmək niyyətindən xəbər verir. O, Qattuzoya yaxşı tanışdı. Braziliyalı onunla “Milan”da birgə oynayıb (1999-2001), sonradan Qattuzo komandaya rəhbərlik edəndə (2018-19) burda idman direktoru olub. Leonardo iyunda PSJ-dən o qədər keyfiyyətli iş görmədiyinə və Mbappenin istəyinə görə qovulub.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-06-2022, 19:0

Qattuzonun təyinatı rəsmən açıqlandı

Dünya futbolu

1-06-2022, 12:0

Qattuzo İspaniya klubunu çalışdıra bilər

Dünya futbolu

16-06-2022, 18:0

Leonardo yenidən Qattuzo ilə birgə işləyəcək?

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə