Danimarkalı futbolçu üçün əlamətdar hadisə - VİDEO

27.03.2022 15:21 528
Dünya futbolu
Dünən keçirilən Niderland - Danimarka matçı (4:2) Kristian Eriksen üçün əlamətdar olub.

Qonaqların oyunçusu yaşıl meydana qayıdışından sonra ilk qolunu vurub.

O, yoldaşlıq oyununun 47-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, həm də 30 yaşlı yarımmüdafiəçinin 9 aylıq fasilədən sonra milli formadakı ilk oyunu olub.

Xatırladaq ki, AÇ-2020-nin qrup mərhələsinin iyunun 12-də keçirilən Danimarka – Finlandiya matçının ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu. Onun ürəyinə kordioverter-defibrillyator qoyulub. Belə vəziyyətdə İtaliyada oynamaq qadağan edildiyindən, “İnter” Kristianla müqaviləni pozmalı olmuşdu. O, qışda “Brentford”la müqavilə bağlayıb.