UEFA Millətlər Liqasında IV turun ən yaxşı qolu adına namizədlər açıqlanıb.
“Fotball-plus.az” saytının məlumatına görə, onların arasında millimizin futbolçusu Mahir Emrelinin Belarusa qarşı C Liqasının qrup mərhələsinin 4-cü tur oyununda vurduğu qol da yer alıb.
Hücumçu 2:0 hesabı ilə qalib gəldiyimiz matçda ilk qolun müəllifi oldu. Belarus qapısından digər topu isə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Ramil Şeydayev keçirib.
Emreli ilə yanaşı, Macarıstandan Daniel Qazdaq, Şimali Makedoniyadan Enis Bardi və Niderlanddan Noa Lanq da turun ən yaxşı qolunun müəllifi adına iddia edirlər.