“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev ölkə çempionu olub.
"Footballplus.az" xəbər verir ki, idmançı kikboksinq üzrə 26-cı Azərbaycan çempionatında fərqlənib.
O, titullu idmançıların iştirakı ilə təşkil olunan final görüşlərindən ibarət Qala gecəsində qüvvəsini sınayıb. Nəbiyev 81 kq çəki dərəcəsində “Full Contact” versiyası üzrə mübarizə aparıb.
Onun rəqibi Elmar Abdullayev olub. Bu döyüşdən qələbə ilə ayrılan Alim çempion adına yiyələnib.