“Borussiya”nın qapıçısı Marvin Hits Dortmundu tərk edib.
O, karyerasını “Bazel”də davam etdirəcək. 34 yaşlı isveçrəli futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb.
Qeyd edək ki, Hits “Borussiya”da 2018-ci ildən çıxış edirdi. O, yenicə başa çatan mövsümdə bundesliqada 5 oyun keçirib.