Millimiz Macarıstana yollandı

11.04.2022 22:30 498
İdman
Qadın cüdoçulardan ibarət Azərbaycan millisi Macarıstana yollanıb.

Yığma üzvləri Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə Tata şəhərində bu gün start götürən Olimpiya təlim-məşq toplanışına qatılıb. Aprelin 17dək davam edəcək təlimlərdə idmançılar müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə hazırlıq səviyyələrini təkmilləşdirəcəklər.