Millimiz Qazaxıstana yollandı

1.06.2022 15:55 469
Yığma
Bu gün Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi ilk görüş üçün Qazaxıstana səfər edib.

"Football-plus.az" xəbər verir ki, bu gün səfərə yollanan millimiz iyunun 3-ü yerli yığma ilə üz-üzə gələcək. Matç "Astana Arena"da keçiriləcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.