"Xan Lənkəran" rəhbərliyi AFFA-da olub.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Lənkəran təmsilçisinin prezidenti Pərviz Hüseynov, vitse-prezident Rəhman Abasov və mətbuat katibi Famil Məmmədov AFFA rəhbərliyi ilə görüşüb. Klub rəhbəri federasiyaya 1-ci divizion üçün hazır olduqlarını, sadəcə, razılıq gözlədiklərini söyləyib.
AFFA-nın mövqeyi isə hələ məlum deyil. Assosiasiya bununla bağlı mayda qərar veriləcəyini bildirib.
FUTBOL+