Onu da bildirmişidik ki, “kimyaçılar” futbolçunu artıq PFL-ə sifariş edib və Anatoli yeni komandasında “91” nömrəli formanı geyəcək.
Ancaq bu yerdə ortaya sual çıxır: Nuriyevə “Sumqayıt”ın formasını geymək qismət olacaqmı?
“Kimyaçılar” millinin də şərəfini qoruyan futbolçunun adını sifariş ərizəsinə daxil etsə də, onun Azərbaycana gəlişi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən müşkülə çevrilib. Ölkədə elan olunan hərbi səfərbərliyə görə Anatoli Ukraynanı tərk edə bilmir. Bu yerdə ortaya daha bir neçə sual çıxır: hələ də Bakya gələ bilməyən futbolçunun adını sifariş ərizəsinə əlavə etməyin nə mənası var, oyunçu komandaya kömək edə bilmirsə, ona pul vermək nə dərəcədə düzgündü?
Bu suallara cavab tapmaq üçün “kimyaçılar”ın prezidenti Riad Rəfiyevlə əlaqə saxladıq:
“Ukraynada yaşanan məlum hadisələrə görə Anatolinin Azərbaycana gəlişi yubanır. Çalışırıq ki, problemi qısa vaxtda həll edək. O ki qaldı futbolçunun Bakıya gəlmədən PFL-ə sifariş olunmasına, burda qeyri-adi heç nə yoxdu. Onu da nəzərə alın ki, Əsasnaməyə uyğun çempionatın sonuna 3 tur qalmış sıfariş ərizəsinə yeni futbolçunın adını yazmaq qeyri-mümkündü. Onu da bildirim ki, razılığa əsasən Nuriyev komandaya qoşulduğu gündən anlaşması qüvvəyə minəcək”.
RƏŞAD


