Klubun prezidenti Pərviz Hüseynov açıqlamasında qurumun buna razılıq vermədiyini deyib. Səbəb kimi isə Cənub təmsilçisinin 3 il Region Liqasında oynamalı olduğu göstərilib.
Görəsən, belə bir tələb var? Sualımızı PFL-in Mətbuat və İctimaiyytlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq. Qurum rəsmisinin “Football-plus.az” saytına açıqlamasını dinləyək:
“Birinci divizon UEFA, AFFA və PFL-in daim diqqətdə saxladığı yarışdı. Bəli, komandaların bu çempionata qatılması üçün 3 il Region Liqasında çıxış etməsi ilə bağlı AFFA İcraiyyə Komitəsinin müvafiq qərarı var”.
SƏNƏM FƏRHADOVA





