• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” fanatları klubu almaq istəyən ailəyə nifrət edir

Dünya futbolu

8-04-2022, 22:0

Rusiyanın Ukraynaya təcavüzünə görə Roman Abramoviçə tətbiq edilən sanksiyalar üzündən sahibsiz qalan “Çelsi” yaxınlarda satılmalıdı.

Klubu almağa əsas iddialılardan biri də Rikketslər ailəsidi. Amma azarkeşlərin bu ailəni görən gözü yoxdu və etiraz aksiyalarına başlayıblar. Onların əsas iradı ailə başçısının müsəlmanlara nifrəti ilə bağlıdı. “Brentford”la oyundan (1:4) əvvəl azarkeşlər London küçələrinə “Çelsi”ni Rikketslərə verməməyə çağıran plakatlarla çıxıblar. Rikketslərin əleyhinə olan onlayn petisiyaya 20 mindən artıq adam imza atıb. Səbəb isə odu ki, ailənin 80 yaşlı başçısı Co Rikkets köhnə elektron məktublarının birində müsəlmanları özünə düşmən adlandırıb.

“Çelsi” fanatlarının aparıcı birliyi olan “Chelsea Supporters’ Trust”ın keçirdiyi sorğunun nəticələri etirazların səbəbini izah edir. Azarkeşlərin əksəriyyəti (70 faizdən çoxu) Rikketslərin ərizəsini dəstəkləmir – bu ailənin inklüziv və uğurlu kluba rəhbərlik edə biləcəyinə inanmırlar. Fanat qrupunun bəyanatında o da vurğulanır ki, “Çelsi”nin heyətində islam dininə sitayiş edən yetərincə futbolçu var.

Komandanın baş məşqçisi Tomas Tuxel də fanatları dəstəkləyib:

“Özünüzə belə açıqlamalar verməyi rəva görürsüzsə, fəsadları ilə də üzləşməli və məsuliyyət daşımalısız. Fəsadlardan biri azarkeşlərin etirazı olacaqsa, bununla barışmalısız”.


Müsəlmanlara nifrəti necə üzə çıxıb?

2019-cu ildə Co Rikketsin 2009-13 aralığında göndərdiyi elektron məktublar sosial şəbəkəyə sızmışdı. Həmin yazışmadan bir sitatı xatırladırıq:

“Təbii ki, müsəlmanlar qeyri-müsəlmanlar ilə münasibətlərdə dərin antaqonizmə və qərəzə görə mənim düşmənlərimdi”.


“İslam kultdu, din deyil, onun cəmiyyətimizin böyük hissəsi olmasına heç vaxt yol veri bilmərik” – bu da Rikketsin ifadələrindən biridi. “Çelsi” azarkeşləri Rikketsin keçmişindən operativ şəkildə xəbər tutaraq dərhal #NoToRicketts həştəqi ilə sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Komandanın sabiq oyunçusu, “Çelsi” tarixinin ilk qaradərili futbolçusu Pol Kanovil də azarkeşləri dəstəkləyib:

“Yetərincə çox şey görmüşəm və eşitmişəm, odu ki, Rikketslərin ərizəsinə böyük antiirqçi “yox” deyirəm”.


Ailənin Londona səfər edərək azarkeşlərlə görüşməsi də münasibətləri yoluna qoymayıb.
Onlayn-treydinq hesabına sərvət yığıblar
Rikketslər “Forbes” jurnalının sərvətini 4,5 milyard dollar həcmində dəyərləndirdiyi, Çikaqodan olan ailədi. Co Rikkets bu sərvətə onlayn-treydinq hesabına yiyələnib. Ailənin idman komandasını idarə etmək təcrübəsi də var – 2016-da Dünya seriyasını qazanan “Çikaqo Kabs” beysbol klubunun səhmlərinə nəzarət paketinə yiyələniblər.

Rikketslər sifariş ərizəsində təminat veriblər ki, ailənin patriarxı sövdələşmədə iştirak etməyəcək. 2019-a təsadüf edən, yuxarıda xatırlatdığımız qalmaqaldan sonra Tom (Conun oğlu və ərizəni yazan əsas adam) vurğulamışdı ki, atasının “Çikaqo Kabs”ın idarəçiliyinə qətiyyən qarışacağı yoxdu:

“Bizim cəmiyyətdə irqçiliyə və islamofobiyaya yer yoxdu. Çikaqodakı müsəlman icması ilə dərin və möhkəm tərəfdaşlıq münasibətləri qurmuşuq”.


Ailənin sifariş ərizəsində amerikalı milyarder Ken Qriffinin daxil olduğu səhmdarlar qrupu da yer alıb. Əsas bəndlərdən biri “Çikaqo Kabs”ın ev oyunlarını keçirdiyi “Riqli Fild” stadionunun uğurla yenidən qurulmasıdı. Ailə belə hesab edir ki, bu məsələdəki təcrübələri köhnəlmiş “Stemford Bric”ə müasir görkəm verməkdə işə yarayacaq. Ancaq fanatların son etiraz aksiyaları bunu deməyə əsas verir ki, Rikketslərin “Çelsi”yə yiyələnməsi asan olmayacaq

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu

10-03-2022, 14:0

Abramoviç və “Çelsi” üçün şok sanksiyalar

Dünya futbolu

12-03-2022, 15:0

“Çelsi”yə növbəti sanksiya tətbiq olundu, bəzi futbolçular narahatdılar

Dünya futbolu

10-03-2022, 23:0

Abramoviç inadından dönmür

Dünya futbolu

17-03-2022, 21:0

“Çelsi” mövsümü başa vura biləcək?

Dünya futbolu

27-03-2022, 16:0

“Çelsi”nin transfer planı baş tutmadı

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə