Messi meydana çıxdı, Nəriman şans qazanmadı

2.08.2026 10:00 18
Dünya futbolu
Nəriman Axundzadənin də formasını geydiyi "Kolumbus Kryu" MLS-də 18-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda Şərq konfransında “İnter Mayami” ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Nəriman bu qarşılaşmada oynamayıb. Onun adı iştirak ərizəsinə daxil edilməyib. "İnter Mayami"nin ulduzu Lionel Messi isə matça 2-ci hissədə daxil olub.

“İnter Mayami”nin qollarını Luis Suares ilə Allen Noah vurub. "Kolambus Kryu”ya isə bərabərliyi Kazemironun avtoqolu və Brais Mendezin fərqlənməsi gətirib.

"İnter Mayami" 18 turdan sonra 38 xalla 2-ci, “Kolambus Kryu” isə 20 xalla 11-ci pillədə qərarlaşır.