Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ən sürpriz nəticələrindən biri Sloveniyada qeydə alındı.
Farer Adaları təmsilçisi ''Runavik'' ilk görüşdə evdə ''Koper''ə 0:2 uduzduqdan sonra cavab oyununda onlardan heç kim sürpriz gözləmirdi. Amma ''Runavik'' Sloveniyada əsas vaxtda 3:1 qalib gələrək oyunu penaltilər seriyasına daşıdı və burda da 4:3 üstün olaraq sensasiyon şəkildə növbəti mərhələ adladı.
Bu matçda ''Runavik''in mərhələ adlanmasından da böyük olan bir hadisə baş verdi. Dünya futbolu Marius Krüger Lind adlı futbolçunu tanıdı. 27 yaşlı cinah oyunçusu komandasının 2-ci qolunu vurmaqla qələbədə mühüm rol oynadı. Marius Lindin qolunu qeyri-adi edən məqam onun anadangəlmə fiziki qüsurlu olmasıdı!
Danimarkalı futbolçunun bir qolu yarıdan yoxdu. Adətən belə oyunçular ayrıca fiziki qüsurlu futbolçular üçün olan liqalarda oynayır. Amma Lind özünü peşəkar futbolda sınamaq qərarına gəlib və göründüyü kimi bu, onda heç də pis alınmır. 1999-cu il təvəllüdlü futbolçu karyerasına Danimarkanın aşağı liqalarında başlayıb. 2024-cü ildə Farer Adaları təmsilçisi ''Torshavn'' onunla müqavilə imzalayıb. Maraqlıdı ki, burda o, ilk mövsümdə fanatlar arasında aparılan sorğuda ''Torshavn''da ilin oyunçusu seçilib.
Bu ildən etibarən o, ''Runavik''in üzvüdü. Bu klubda indiyə qədər 24 rəsmi oyunda aktivinə 5 qol, 4 məhsuldar ötürmə yazıb. ''Transfermarkt''da Lindin dəyəri 175 milyon avro göstərilib. Bu da o deməkdi ki, bu futbolçu Farer Adaları çempionatının ən dəyərli 15-ci oyunçusudu!