Rüfət Abdullazadə "Kiryat Şimona"da ilk qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, iyulda İsrail klubuna keçən 25 yaşlı yarımmüdafiəçi Toto kubokunun qrup mərhələsinin 3-cü turunda "İroni Tiberiyas"la görüşdə fərqlənib.
Rüfət 61-ci dəqiqədə 1:0 hesabı ilə yekunlaşan oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandırıb. O, görüşün 84-cü dəqiqəsində əvəzlənib.