"Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi

2.08.2026 10:31 23
Ölkə futbolu
“Şamaxı” aşağı yaş qrupu komandasında ağır itki baş verib.

"Football-plus.az" xəbər verir ki, U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə vəfat edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şamaxı” bununla bağlı başsağlığı paylaşaraq mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyib.