Masazır təmsilçisinin səfər proqramı haqda məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun "Football-plus az"a cavabı:
"Komanda sabah çarter reysi ilə Danimarkaya - Orhus şəhərinə yollanacaq. Baş məşqçi Valdas Dambrauskasın mətbuat konfransı yerli vaxtla saat 18.00-da (Bakıda 20.00), kollektivin oyunöncəsi açıq məşqi isə yerli vaxtla saat 18.30-da (Bakıda 20.30) olacaq. Heyətdə itki yoxdu".
Xatırladaq ki, "Orhus" - "Sabah" qarşılaşması Bakı vaxtı ilə saat 20.30-da başlayacaq. Cavab görüşü avqustun 11-də, saat 20.00-da "Bank Respublika Arena"da start götürəcək.
KƏNAN BAHADIR






