Bəs, bu barədə Peşəkar Futbol Liqası da məlumatlandırılıbmı? Klub avqustun 4-də keçiriləcək püşkatma mərasimində hansı adla təmsil olunacaq?
Bu sualla qurumun Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bizə bu mövzuyla bağlı rəsmi məlumat daxil olmayıb. İndiki duruma görə, klub püşkatma mərasimində “Cəbrayıl” adı ilə iştirak edəcək”.
Xatırladaq ki, 1-ci liqada yeni mövsümə sentyabrın 3-də start veriləcək.
KƏNAN BAHADIR





