İyulun 31-də Ukrayna çempionatında yeni mövsüm başlayıb.
Yeni mövsümdən “Xarkov” adı ilə çıxış edən (əvvəlki Metallist 1925) komanda startda “Veres” üzərində qələbə qazanıb. Xarkovluların qələbəsini Ramik Hacıyevin 90-cı dəqiqədə vurduğu yeganə qol təmin edib – 1:0. Maraqlıdı ki, soydaşımız meydana 78-ci dəqiqədə çıxmışdı.
Leandro Andradenin “Polesye”si səfərdə Roman Qriqorçukun “Çernomorets”inə 2:1 hesabıyla qalib gəlib. “Qarabağ”ın sabiq ulduzu bu oyunda heç bir məhsuldar hərəkətlə yadda qalmayıb və 57-ci dəqiqədə əvəzlənib.