• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dəhşətli fəlakətin günahkarı kimdi? - KÖŞƏ

Ölkə futbolu / Manşet

29-03-2022, 12:0

“Ölmək dəhşət deyil, dəhşət yaşamaqdı” - bu fikirləri məşhur fransız yazar Anri Barbüs deyib.

Həqiqətən də təsvirolunmaz dərin mənası var. Görün Barbüs hansı problemləri yaşayıb, həyatında necə fəlakət baş verib ki, ölməyi yaşamaqdan asan sayır. Düşünürəm ki, azərbaycanlıların əksəriyyəti fransalının bu fikri ilə hazırda razıdı. Çünki millimizin Maltaya uduzduğunu görmək daha dəhşətlidi, nəinki ölmək. Görəsən, mənim, Əlinin, Vəlinin, Orxanın, Əhmədin və başqalarının keçirdiyi utanc hissini yığmanın üzvləri keçirir? Maltada 4-5 il öncə peşəkar futbolçu tapmaq olmurdu. Çayxanalardan, xəstəxanalardan, məhkəmələrdən və sair yerlərdən adamlar toplayırdılar ki, ayağın top tutursa, gəl futbol oyna. İndi həmin nəslin davamçıları bizim uşaqları şül-küt edir. Bu ağrılı günləri yaşamağımızın günahkarı kimdi? AFFA-nın başbilənləri, Canni de Byazi, yoxsa oyunçular? İtaliyalı mütəxəssis deyir ki, səbəbkar futbolçulardı. Hardan baxsan, bu versiyada doğruluq payı var. Amma cavab konkret deyil. Doğruluq payı ona görə var ki, meydanda mübarizə aparan futbolçulardı. Onların əvəzinə AFFA rəhbərliyi, baş məşqçi oynamır. Milli üzvləri işinə peşəkar yanaşmır. Ən azı yığmaya əlavə gəlir yeri, istirahət zonası kimi baxırlar. Fikirləri başqa yerdədi. Məsələn, milli üzvlərindən, məşqçilər korpusundan bəzi şəxsləri tanıyıram ki, bütün gecəni sosial şəbəkələrdə canlı yayın açır, dəxli olan və olmayan mövzuları müzakirə edir. Dünyamız dəyişir, inkişaf edir. Texnologiyalardan yararlanmaq gözəl şeydi. Amma xalqın əsəbi sizə görə pozularkən arsızlığınıza salıb, canlı yayında heç nə olmayıbmış kimi davramasaz, nə olar? Axı çalışdığın, şərəfini qoruduğun komanda 3-4 saat əvvəl “cırtdan” ölkənin təmsilçisinə uduzdu. Bu qeyd etdiklərimə əsasən deyə bilərik ki, bizə “Malta faciəsi”ni yaşadanlar futbolçulardı.

Dəhşətli fəlakətin günahkarı kimdi?


Amma özlüyümdə De Byazi ilə razı deyiləm. Bu futbolçuların yetişməsində, bura qədər gəlməsində “əziyyət” çəkən qurum hansıdı? Təbii ki, AFFA! Bu oyunçuları yığmaya dəvət edən kimdi? Təbii ki, De Byazi! Bəs niyə ancaq günahkar futbolçular olur? Onları milliyə kimi gətirib çıxaranlar qalır qıraqda, günahkar oyunçular olur. Ey hörmətli AFFA-nın rəsmiləri, illərdi görüsürsüz ki, etdiklərinizlə normal futbolçu nəsli yetişmir. Aşağı yaş qruplarında yüzlərlə istedadlı uşaq, gənc itib-batıb, batır və batacaq!

Ey hörmətli Canni de Byazi! Günahkar futbolçılardısa, nə üçün onlara milli formanı əmanət etmisiz? Axı bunlar təcrübəli olduqları üçün Maltaya aparılmışdı. Ancaq nəticə qazanmaq barədə düşünəcəkdiz? Nə oldu? Dəvət etdikləriniz Maltanı udmaq potensialında deyil? Bəlkə özünüzdə günah axtarasız ki, 3 eyni mövqedə oynayan futbolçunu nə üçün eyni anda meydana buraxmışdız? Cinahlardan qapı istiqamətinə ötürməni müdafiəçiyə tapşıranda o da bunu bacarmayacaq. Sizin fikirləşdiyinizi edənlər “Real”da, “Barselona”da, “Çelsi”də oynayır. Elə futbolçularımız olsaydı, siz nə ehtiyacımız var idi ki? Siz bir normal iş ortaya qoyun, taktika başa salın, sistem izah edin, futbolçular da ona uyğun nəsə etməyə çalışsınlar! Necə olur ki, bu adamlar “Qarabağ”ın heyətində Konfrans Liqasının pley-offuna vəsiqə qazanır, “Marsel”ə burda çətin anlar yaşadır, amma Maltaya uduzurlar? Eminlə Namik avrokuboklar ərəfəsində “Neftçi”yə ən çox fayda verən futbolçular idi. Necə olur ki, klublarında olurlar çiçək, milliyə gələndə… Bir az da tətbiq etmək istədiyiniz sistemin komandaya fayda vermədiyini düşünüb, başqa nəsə ixtira edin...

Yekunda yenə gələk futbolçulara! Siz uduzduğunuz gün Xocalı rayonunun Fərrux kəndində problemlər yaşandı. Ordumuz burda da postlarını qurdu. Əsgərlərimiz də sizin kimi vətən övladlarıdı. Onlar 2-3 saata görə onminlər almırlar. Çox az vəsait qarşılığında canlarını ortaya qoyurlar. Yəqin rus zabitlə bizimkinin danışığını görmüsüz. O, vətəni qoruyur, siz də Azərbaycanı təmsil edirsiz. Qarlı, soyuq, ölüm təhlükəsi olan məkanda dayanan sizin, bizim dostlarımız, qardaşlarımızdı. Heç olmasa, Maltaya uduzandan sonra əsgərlərimiz ağlınıza gəldi, utandız? Başa düşdüz ki, nə qədər biabırçı, utandırıcı işə qol qoymusuz?!

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

25-03-2022, 19:0

Mahir Şükürov De Byaziyə "ilişdi" - AÇIQLAMA

Yığma

4-06-2022, 17:0

Yarıtmaz və qorxaq De Byazi

Aktual / Manşet

23-03-2022, 12:0

Milli komanda ilə birgə Maltaya bu rəsmilər səfər edəcəklər - RƏSMİ AÇIQLAMA

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 186
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə