Mahir Şükürov De Byaziyə "ilişdi" - AÇIQLAMA

25.03.2022 19:40 1 077
Aktual / Manşet
Saat 22.00-da millimiz Maltada yerli komanda ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Bu, yığmanın 2022-ci ildə ilk oyunudu. Canni de Byazinin komandası qələbəyə köklənib. İtaliyalı mütəxəssis heyətə təcrübəli futbolçuları dəvət edib. Bu səbəbdən də Malta ilə matçda favorit olduğumuzu deyə bilərik. Görəsən, yığmamız qələbə qazana biləcək? Sualımızı cavablaması üçün millinin sabiq üzvü Mahir Şükürovla əlaqə saxladıq. Həmişə qalmaqallı açıqlamaları ilə diqqət çəkən veteran futbolçu De Byazinin Maltadakı toplanışa dəvət etdiyi oyunçular barədə də fikirlərini bildirdi:

“Millimiz Maltanı mütləq udmalıdı. Bunun başqa yolu yoxdu. Hamımız da istəyirik ki, yığma qələbə qazansın. Təcrübəli və yaşlı futbolçuların dəvət olunması normaldı. De Byazi 2 il yatandan sonra indi ayıldı ki, ona belə oyunçular lazımdı. İtaliyalı mütəxəssis bura gələndə kiminsə sözü ilə oturub-dururdu. İndi başa düşdü ki, həmin adamlara qulaq asmaq olmaz. Öz fikri ilə hərəkət etməli olduğunu anladı. Ötən 2 il ərzində başqalarının sözünə qulaq asırdı. Amma indi ağlı başına gəlib”.


İLKİN SULTANLI