• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yarıtmaz və qorxaq De Byazi

Yığma

4-06-2022, 17:0

“Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidi. Qalan üç komanda isə qrupda ikinci yeri tutmaq üçün hər xal uğrunda döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq”.

Bu sözləri Millətlər Liqasında Qazaxıstanla oyundan öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Canni de Byazi deyib. İtaliyalı mütəxəssisin fikirləri futbol ictimaiyyəti üçün şok effekti yaratdı. Çünki AFFA onunla yenidən müqavilə bağlayarkən qurumun rəsmiləri baş məşqçinin qarşısına Millətlər Liqasında ilk pilləni tutmaq vəzifəsinin qoyulduğunu bildirmişdilər. Əvvəlcə Elxan Məmmədov, ardından Sərxan Hacıyev bu fikri qətiyyətlə qeyd etmişdi. Bəs indi nə oldu? Niyə baş məşqçi ilə rəsmilərin sözləri üst-üstə düşmür? Cavab sadədi: De Byazi yarıtmaz və qorxaqdı. Bunu təsdiqləmək üçün bir sıra mülahizələrim var.

Əvvəlcə onun bacarıqsızlığından danışaq. İtaliyalı mütəxəssis indiyə kimi, sadəcə, Albaniya millisi ilə uğur əldə edib. Komandanı AÇ-2016-nın final mərhələsinə çıxarıb. Lakin hamıya bəllidi ki, həmin dövrdə albaniyalı futbolçular Avropanın müxtəlif klublarının heyətində çıxış edirdi. Elə “Qarabağ”ın üzvü Ansi Aqolli komandası ilə birgə Çempionlar Liqasında, Avropa Liqasında uğurlu çıxış edirdi. Həm də həmin il UEFA bayraq qalmaqalına görə serblərə texniki məğlubiyyət verdi. Bu da albanlara dəhşətli dərəcədə kömək oldu. İstənilən halda, komanda nəticə qazanmışdı. Amma bunu sırf De Byazi ilə bağlamaq olmaz. Çünki sonrakı və əvvəli işlərinin hamısı uğursuz olub. Elə bizim millidə də normal iş ortaya qoya, komandanı idarə edə bilmir. Hələ arsız-arsız yeni turnirdən öncə “liderliyə yox, ikinciliyə oynayırıq” deyir.

Normalda baş məşqçilər həm də yaxşı psixoloq olur. Onlar oyunçularına yaxşı əhval-ruhiyyə ötürür. De Byazi isə yeni turnirdən öncə deyir ki, “vallah, biz ikinciliyə oynayırıq”. Bunu eşidən Maksim niyə can qoysun meydanda? Heç olmasa, yalandan de ki, qrupdan çıxmağa çalışacağıq.

Keçən qorxaqlığa. Adam Slovakiyanı konkret gözündə şişirdib. Deyir ki, bunlarla bacarmayacağıq. Amma bu yığmanın heyətində yenilənmənin olduğundan xəbəri yoxdu. Düzdü, onlarla son görüşümüzdə 5 top buraxmışıq. Amma həmin heyət deyil. Marek Hamşikləri də yoxdu. Bakıda udub, səfərdə heç-heçə etmək haqda düşünmək olar. Yarış başlamadan “yoruldum” demək nədi?

Məsələni uzatmağın mənası yoxdu. Hər şey bəllidi. De Byazi də yığmada çalışmaq istəmir. Özü də bilir ki, qrupda nəsə edə bilməyəcək. Bu səbəbdən də belə açıqlamalar verir. Ki, mən əvvəlcədən bacarmayacağımızı demişdim. Vallah, bu italiyalının nazı ilə çox oynadıq. Təzminatı nədi, verək, çıxıb getsin. Öz məşqçilərimiz Millətlər Liqasında komandaya rəhbərlik etsin. Qalmayaq bu bacarıqsız və qorxaq məşqçinin əlində.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

2-06-2022, 16:0

"Artıq özüm üçün heyəti müəyyənləşdirmişəm" - Canni de Byazi

Yığma / Manşet

7-04-2022, 09:0

De Byazi millinin üzvlərini xaraktersiz və qorxaq adlandırdı

Ölkə futbolu

5-06-2022, 17:0

“Onların oynaması bizdən asılı olacaq” - Canni de Byazi

Yığma

14-04-2022, 12:0

De Byazi hardadı? - AÇIQLAMA

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 186
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə