Yeni mövsümə Vinçentso İtalyanonun başçılığı altında hazırlaşan və Slovakiyada toplanışda olan ''Beşiktaş'' bu yayın ilk yoxlama oyununu keçirib.
İstanbul nəhəngi Macarıstanın aşağı liqa təmsilçisi ''Dyirmot'' ilə qarşılaşıb. ''X-Bionic Sphere'' adlı stadionda mətbuata qapalı şəkildə keçirilən oyuna ''ağ-qaralar'' bu heyətlə çıxıb: Əmrə Bilgin, Taylan Bulut, Calo, Əmirhan Topçu, Rıdvan Yılmaz, Kartal Yılmaz, Olaytan, Ozan Sevim, Çernı, Ahmet Bircan, Mustafa Həkimoğlu. Fasilədə və ikinci hissənin gedişində Əmir Yaşar, Uduoxai, Cumali Gürsəl, Yasin Özcan, Mustafa Yortac, Fəxri Ay, Kartal Cengizer, Devrim Şahin, Əli Pağda, Semih Kılıçsoy kimi isimlər meydana çıxıb.
''Beşiktaş'' ilk oyundan 2:1-lik qələbə ilə ayrılıb. Qolları 18-ci dəqiqədə Ahmet Bircan, 55-ci dəqiqədə Devrim Şahin vurub.
''Beşiktaş'' bu toplanışın gedişində daha 3 oyun keçirəcək. Komanda ''Moşonmadyarovar'', ''Maljenitse'' və Trnava ''Spartak''ı ilə qarşılaşacaq.