Millimiz Lüksemburqa qalib gəldi

3.07.2026 10:31 13
İdman
Basketbol üzrə kişilərdən ibarət milli komandamız 2029-cu ildə baş tutacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununda səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib.

"Football-plus.az" xəbər verir ki, oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.

Bu qələbə millimizin qrupda ikinci qələbəsi olub. Millimiz qrupda sonuncu oyununu 5 iyul saat 17.00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.