“Vaşinqton”un kapitanının maraqlarını təmin edən agent Qleb Çistyakov isə onun finalı izləyəcəyi ilə bağlı xəbərə belə reaksiya verib:
“Ola bilər ki, finala getsin, amma ola da bilər ki, getməsin. Aleksandrın planlarından xəbərdaram, ancaq hələ danışmayacam. Hər şey nəzarət altındadı”.
40 yaşlı Oveçkin MHL-də debüt etdiyi vaxtdan “Vaşinqton”un şərəfini qoruyur. Təbii ki, indi onun DÇ-nin finalını izləməsindən daha çox taleyinin necə olacağı maraqlıdı. Oveçkin müqavilə üzrə paytaxt klubunda sonuncu – 21-ci mövsümünü keçirib. “Vaşinqton”un meneceri Kris Patrik bu məsələ ilə bağlı danışıb:
“Aleksin ölkəsinə dönüşü ərəfəsində aramızda olan söhbətlərdən onun qalacağı təqdirdə müqavilə planında nəyə ümid etdiyini anladım. Xərclər mənasında nələrə gedə biləcəyimizlə bağlı müəyyən mənada aydınlıq yarandı. Hamınızın bildiyi kimi, Oveçkin çox rəqabətcil adamdı, qalib gəlmək istəyir. Təbii ki, cari mövsümlərarası dövrdə klubun nələr edəcəyini görmək, yalnız bundan sonra qərar vermək fikrindədi. Düşünürəm ki, yaxın vaxtlarda aramızda növbəti söhbət olacaq və təsəvvürümüz daha da aydınlaşacaq”.
2005-ci ildən “Vaşinqton”da çıxış edən Oveçkin iyulun 1-də azad agentə çevrilə bilər. Onun MHL-in son mövsümündə keçirdiyi 82 oyunda 64 (32+32) xal topladığını da xatırladaq.






