"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!

3.07.2026 13:17 62
Aktual / Ölkə futbolu
Məlum olduğu kimi, başa çatan mövsümdə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” 1-ci təsnifat mərhələsində "Nyu Seynts"lə qarşılaşacaq. İlk görüş “Bank Respublika Arena”da keçiriləcək. "Bayquşlar" dörd gündü ki, matçın biletlərini satışa çıxarıb. Artıq Uels təmsilçisi ölkəmizə səfərə hazırlaşır.

Bəs, oyuna neçə bilet satılıb? Masazır təmsilçisinin Çempionlar Liqasında debütünə nə dərəcədə maraq var? Həmçinin, Uels təmsilçisi Masazıra nə qədər azarkeşlə gələcək? Harda məskunlaşacaq?

Bu sualları "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Klub rəsmisinin "Football-plus.az"a cavabı:

"Nyu Seynts" iyulun 5-i axşam saatlarında Bakıda olacaq. Rəqib "Hilton Hotel"də məskunlaşacaq. İndiyə qədər oyuna 3000 bilet satılıb. Rəqib özü ilə birgə azarkeşlərini gətirməyəcək".

Xatırladaq ki, matç iyulun 7-də, saat 20.00-da başlanacaq.

İSRAYIL XEYRULLAYEV