''Fənərbaxça'' üçün yeni mövsümə hazırlıq dönəmi şanssız şəkildə başlayıb. Məşqdə Vedat Muriqi ilə Anderson Talişkanın, eləcə də dünya çempionatında N'Qolo Kantenin zədə alması azmış kimi indi də UEFA-dan kluba para cəzası gəlib.
Məsələ burasındadı ki, ''Fənər''in 2025-ci təqvim ili üçün 70 faizlik xərc limiti var idi. Komandanın ümumi xərcləri gəlirin 70 faizini ötməməli idi. Amma buna əməl olunmayıb və xərclər 84 faizə çatıb. Bu üzdən UEFA ''Fənərbaxça''ya 7 milyon avro cəza kəsib!
Ancaq Türkiyə təmsilçisi bu problemlə qarşılaşan yeganə klub deyil. Eyni səbəb üzündən ''Strasbur'' (25 milyon avro), ''Aston Villa'' (22,5), ''Fiorentina'' (6), ''Çelsi'' (3), ''Nyukasl'' (3), ''Nottingem Forest'' (2,5) kimi klublar da müxtəlif para cəzaları alıblar. ''Aston Villa'' ilə ''Strasbur'' həm də yeni mövsümdə Çempionlar Liqasında iştirak ərizəsinə daha az oyunçu salmaq məcburiyyətində qalacaqlar. Ancaq hər iki klubun cəzasının önəmli bir hissəsi təxirə salınıb. Bunun qarşılığında onların hər ikisi xərclərlə bağlı eyni öhdəliyi 2026-da da yerinə yetirməli olacaqlar.
''Fənərbaxça'' rəsmi bəyanat yayaraq bu qərara etiraz edəcəyini açıqlayıb.