"İmişli" yarımmüdafiəçi ilə vidalaşdı

2.07.2026 15:55 20
Ölkə futbolu
"İmişli" futbolçu Abbas Ağazadə ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Abbas 2024-cü ildən "İmişli"də çıxış edirdi. O, bölgə təmsilçisində 50 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.

"İmişli" yay fasiləsində Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, və Lətif Rzayevlə də yolları ayırıb.