''Beşiktaş'' ilk transferini rəsmiləşdirdi

3.07.2026 14:20 23
Dünya futbolu
''Beşiktaş'' bu yayın ilk transferini rəsmiləşdirib. Klubdan verilən rəsmi açıqlamada iki gün öncə İstanbula gələn və tibbi müayinədən uğurla keçən ''Monako''lu Kassum Uattara ilə dördillik müqavilə imzalandığı bildirilib. Açıqlamada maddi detallara yer verilməsə də, Türkiyə mətbuatının yazdığına inansaq, İstanbul nəhəngi moneqasklılara 8 milyon avro ödəyəcək. Müqavilədə maksimum 2 milyon avroluq bonuslar da mövcuddu. Futbolçunun maaşının 2 milyon avro civarında olacağı gözlənilir. Sol müdafiəçi mövqeyində oynayan Uattara ''Amyen''in yetirməsidi. 21 yaşlı fransalı futbolçu 2023-dən bu yana ''Monako''nun şərəfini qoruyurdu. Uattara ötən mövsüm 24 rəsmi oyunda iştirak edərək aktivinə 4 məhsuldar ötürmə yazıb. Bundan başqa ''qartal'' qapıçı problemini də yoluna qoymaq üzrədi. İddialara inansaq, müqavilə ilə ''Bavariya''ya məxsus olan Aleksander Nübel ilə anlaşma əldə olunub və o yaxın günlərdə İstanbula gələcək. 29 yaşlı əlcək sahibinin transferi ''Beşiktaş''a 7 milyon avroya başa gələcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul